Əsas menu

Qalmaqallı bağçada hazırda uşaq yoxdur – Fotolar 

Xəbər verdiyimiz kimi, Bakıdakı məşhur özəl bağçalardan birində-“Kids Studio”da uşaqlara qarşı kobud rəftarın videogörüntüləri yayılıb. “Qafqazinfo”nun əməkdaşları uşaqlara işgəncələr verilən həmin bağçaya yollanıblar. 

Yasamal rayonu, Kazımzadə: 25 ünvanında yerləşən bağçada hazırda uşaqların olmadığı məlum olub. KİV nümayəndələrinə bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır, bağça rəhbərliyi yaxın dəqiqələrdə mətbuata açıqlama ilə çıxış edəcək.

Jurnalistləri içəri buraxmayan bağça əməkdaşları özləri də çölə çıxmamağı üstün tuturlar. Bildirək ki, bağçanın aylıq ödənişi 250 manatdır.

Qeyd edək ki, uşaqlara qarşı kobud davranan şəxsin Firuzə Tağıyeva adlı tərbiyəçi olduğu deyilir.


Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*