Əsas menu

Qar çovğunu Moskvanın hava nəqliyyatını iflic etdi 

Moskvanın üç hava limanında güclü qar çovğunu ilə əlaqədar 36 reysdə gecikmə yaranıb, səkkiz hava reysi təxirə salınıb. Bu haqda “Ren” TV məlumat yayıb.

Məlumata əsasən, Domodedov aeroportunda səkkiz hava reysi təxirə salınıb, 10 reysdə gecikmə müşahidə olunur. Vnukova və Şermetyevo aeroportlarında da 13 hava reysində ciddi  ləngimələr meydana gəlib.

Hazırda Moskvada -3 dərəcə şaxta var. Sinoptiklər qarlı hava şəraitinin şənbə axşamına kimi davam edəcəyini proqnozlaşdırır. Bazar günündən isə temperaturun -18 dərəcəyə qədər aşağı düşəcəyi gözlənilir.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*