Müraciətdə göstərilir:
“Biz aşağıda imza edənlərin təşkilatçılığı ilə Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə, «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Dağlıq Qarabağ və Digər ərazilərimizin hələ də Ermənistanın işğalı altında qalmasına etiraz etmək, həmçinin torpaqlarımızın azadlığı işinə Ictimai dəstəyi nümayiş etdirmək, haqlı mövqeyimizi dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə Qarabağ mitinqi keçirmək haqda qərar qəbul etmişik.
Qarabağ mitinqinin 2018-ci il dekabrın 15-də, saat 15 00 dan 1700 dək 10 min nəfərin iştirakı ilə Yasamal rayonu ərazisində “Məhsul” stadionunda keçirilməsi nəzərdə tutulur. Mitinqdə «Qarabağa Azadlıq!», «Ya Qarabağ, ya ölum!», «Qarabag bizimdir, bizim qalacaq!», «Qarabağda antiterror əməliyyatının başlanılmasını tələb edirik!», «Köçkün və qaçqınların yurda qayıdışı təmin edilsin!», «Beynəlxalq qurumların qərəzli vasitəçiliyini rədd edirik!” şüarları səsləndiriləcək, eyni məzmunda plakatlar qaldırılacaq, çıxışlar ediləcək, qətnamə qəbul olunacaq.
Xahiş edirik ki, Qarabağ mitinqinin keçirilməsi üçün qanunvericiliyə uyğun olaraq şəraitin yaradılması və təhlükəsizliyin təmin olunması üçün tapşırıqlarınızı verəsiniz”.