Əsas menu

“Qarabağ”la “Neftçi”nin xalı bərabərləşib 

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun son oyunu keçirilib.

Bizimxeber “Report”a istinadən bildirir ki, “Neftçi” “Bakcell Arena”da “Qəbələ”ni qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.

İlk hissədə “Neftçi”nin hücumları olsa da, hesabı açmaq mümkün olmayıb. İkinci hissəyə sürətli başlayan flaqman matçın 54-cü dəqiqəsində hesabda önə keçib. “Neftçi”nin müdafiəçisi Mamadu Mbodcun qüvvətli zərbəsindən sonra Amin Seydiyevə toxunan top istiqamətini dəyişib və qapıya daxil olub.

Matçın 73-cü dəqiqəsində Stiven Monroz müdafiəçilərin diqqətindən yayınaraq topu qapıya göndərib və hesabı bərabərləşdirib.

Bu heç-heçə sayəsində xallarının sayını 45-ə çatdıran “Neftçi” liderliyini davam etdirsə də, ikinci yerdəki “Qarabağ”la eyni xala malikdir. “Qəbələ” isə 29-cu xalını qazanıb və 4-cü pillədəki yerini möhkəmləndirib.

Qeyd edək ki, turun digər oyunlarında “Qarabağ” “Səbail”i 2:1, “Zirə” “Keşlə”ni 2:0 hesabı ilə məğlub edib. “Sabah” – “Sumqayıt” matçında isə qalib müəyyənləşməyib – 1:1.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*