Publika.az xəbər verir ki, bu haqda BBC bildirib.
Qeyd edilir ki, Camal Qaşıqçı cinayəti 2018-ci ildə qurulan 50 nəfərlik “Pələng komandası”nın içindəki qrup tərəfindən işlədilib. Həmin komandanın daha əvvəl şahzadə Salmanın “qara qutusu” adlandırılan general-leytenant Əli Əl-Kahtanini döyərək öldürdüyü bildirilir.
Səudiyyə rəhbərliyinin tanınmış müxaliflərindən olan Saad Əl-Fakihin sözlərinə görə, “Pələng komandası”nın vəzifəsisi ölkə daxilində və xaricindəki rəqiblərini öldürməkdir.
Qeyd edək ki, Səudiyyə jurnalisti Camal Qaşıqçı “Vaşinqton Post” qəzetində işləyirdi və 2017-ci ildən ABŞ-da yaşayırdı. O, oktyabrın 2-də İstanbulda Səudiyyə Ərəbistanının Baş konsulluğunun binasına girəndən sonra yoxa çıxıb.
Oktyabrın 20-da Səudiyyə Ərəbistanının Baş prokurorunun yaydığı xəbərə görə, jurnalist konsulluq əməkdaşları ilə dava nəticəsində ölüb. Hadisə ilə əlaqədar 18 nəfər saxlanılıb.Qaşıqçının öldürülməsi ilə bağlı indiyə kimi müxtəlif versiyalar irəli sürülüb.