Əsas menu

Qaxda ağır yol qəzası: xanım müğənni öldü (FOTO/VİDEO) 

Qaxda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
“Bizimxeber” ARB TV-yə istinadən xəbər verir ki, hadisə Qax-Zaqatala yolunun Qum kəndi ərazisindən keçən hissəsində meydana gəlib.
40 yaşlı Şəki sakini Polad Məmmədovun idarə etdiyi “VAZ-21015” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişin, 38 yaşlı Mehriban Mustafayeva ölüb. Sürücü, Polad Məmmədov və avtomobilə olan digər iki sərnişin isə yüngül xəsarə alıblar.
Qeyd edək ki, mərhum Mehriban Mustafayeva uzun illərdir şimal-qərb bölgəsində müğənni kimi fəaliyyət göstərirdi.
Faktla bağlı Qax rayon polis şöbəsində araşdırma aparılır.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*