Əsas menu

Qazaxda avtomobil 57 qoyunu vurdu 

Ötən gün qoyunların kütləvi tələf olması ilə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, iyulun 9-da saat 4 radələrində Bakı-Qazax yolunun 480-ci kilometrliyində – Qazax rayonunun Daşsalahlı kəndi ərazisində Şəmkir rayon sakini Habil Hüseynov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən qoyun sürüsünü və çoban, Qazax rayon sakini Adil Quliyevi vurub. 

Nəticədə A.Quliyev xəstəxanaya yerləşdirilib. 57 baş qoyun isə tələf olub.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*