Əsas menu

QMİ sədrindən Ramazan ayı barədə -AÇIQLAMA 

“Ola bilsin bəzi dövlətlərdə Ramazan ayının başlaması fərqli vaxtlara təsadüf edir”. “Report” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

Onun sözlərinə görə, Azərbaycanda Ramazan ayının nə vaxt başlaması ilə bağlı Şamaxı Rəsədxanasının alimləri ilə məsləhətləşmələr aparılıb: “Mayın 17-si ilk gündür. Şəvval ayının birinci günüdür. Mən isə sabahdan artıq orucumu tutmağa başlayacam”.

A.Paşazadə qeyd edib ki, din xadimlərinin iftara qədərki ehsan mərasimlərində iştirakı düzgün deyil: “Bu Allaha qarşı getməkdir. Xahiş edirik ki, bu məsələyə diqqət edin. Yalançı mollalar da narahatedici məqamlardır. Qeydiyyatdan keçməyənlər molla əvəzi işləyirlər. Bu da şəriətin əleyhinədir. Dini mərasimlərin sırf mollaların aparılmasına diqqət edilməlidir. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi bu məsələdə bizə yardım etməlidir”.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*