Əsas menu

Hava ilə bağlı xəbərdarlıq – Leysan yağacaq, dolu düşəcək 

Sabah Bakıda və Abşeron yarımadasında  hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, havanın temperaturunun  Abşeron yarımadasında gecə 8-11, gündüz 14-18, Bakıda gecə 8-10, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 60-70 faiz olacaq. Azərbaycanın rayonlarında aprelin 13-də  bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı erlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 15-20, dağlarda gecə 3-6, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.

Xəbərdarlıq

Aprelin 13-ü qərb rayonlarından başlayaraq aprelin 16-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*