“Bizimxeber”  xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun “facebook” səhifəsinə püşkün nəticəsi ilə bağlı açıqlama verib:
“Çox çətin rəqiblə qarşılaşacağıq. Belə rəqiblə qarşılaşmaya pley-off matçı kimi meydana çıxacağıq. Artıq bu gündən rəqibi analiz etməyə başlayacağıq və oyuna qədər maksimum hazır olaq. Əlimizdən gələni etməyə çalışacağıq. Bizə ən çətin və gözlənilməz rəqib düşdü”, – deyə o, bildirib.
Qeyd edək ki, “Qarabağ” bu rəqibinə qarşı ilk oyununu iyulun 10-11-də səfərdə, cavab matçını isə 17-18-də Bakıda keçirəcək.