Əsas menu

Qurban Qurbanovun oğlu cərimələndi 

AFFA İntizam Komitəsi növbəti iclasında Azərbaycan I Divizionunda çıxış edən klubların yol verdikləri səhvlərə görə cəzalarını açıqlayıb.
 
Qaynarinfo xəbər verir ki, komitə “Qarabağ-2″nin futbolçusu Musa Qurbanlını da cəzalandırıb. Oyunçu “Səbail-2” ilə matçda ikinci sarı vərəqəni alaraq meydandan qovulduğu üçün ona 1 oyunluq diskvalifikasiya tətbiq edilib. Klub isə 20 manat məbləğində cərimələnib.
Qeyd edək ki, Musa Qurbanlı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur.
Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*