Əsas menu

Rusiya-ABŞ müharibəsinin taleyi bu raketlərdən asılıdır 

Peyklərin məhvi Rusiya və ABŞ arasında baş tutacaq hərbi konflikt zamanı qələbəni şərtləndirəcək əsas məqam olacaq.

Axar.az xəbər verir ki, bunu “Vzqlyad” qəzetinə açıqlamasında rusiyalı hərbi ekspert Konstantin Sivkov deyib.

“Rusiyanın hələ sovet dövründən bu yana peyklərin məhv edilməsi üçün raketləri var. Bu tip yeni raketlərin sınağının keçirilməsi isə onların modernləşdirilməsindən xəbər verir. Bu raketlər olmayacağı təqdirdə müasir hərbi konfliktlərin heç birində qələbə qazana bilməzsiniz. Peyklərin məhvi sayəsində düşmənin hərbi qruplarının imkanları dəfələrlə aşağı düşür. Əgər Rusiya ilə ABŞ arasında hərbi savaş yaransa, burada qələbə üçün əsas şərt peyklərin məhvi olacaq.

Eyni cür raketlər ABŞ və Çində də mövcuddur. Amerikalılar peykləri dənizlərdə yerləşdirdikləri SM-3 raketləri vasitəsilə məhv edə bilərlər. Hazırda amerikalılar kosmosda dominantlıq edirlər. Onların təxminən 400 hərbi peyki var, bizdə isə bu say cəmi 4-dür. Məhz bunun üçün Amerika peyklərinin neytrallaşdırılması üçün tədbirlər görürük”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə CNBC televiziyası Rusiyanın antipeyk raketlərinin sınağını keçirməsi haqqında məlumat yayıb. Televiziya yeni raketlərin silahlanmaya 2022-ci ildə qəbul ediləcəyini bildirib.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*