Əsas menu

Rusiya açıqladı – Sutkada 150 min barreldən az olmaz 

Rusiya gündəlik neft istehsalını 150 min barreldən çox azaltmaq istəmir. Rusiya 2019-cu ilin ilk üç ayında neft hasilatını sutkalıq 150 min barrel azaltmaq niyyətindədir. Üç ayın sonunda Rusiyanın hasilat səviyyəsini yenidən nəzərdən keçirəcəyi bildirilir.

OPEC-in nümayəndələrinin sözlərinə görə, əgər Rusiya neft istehsalını gündəlik 150 min barrel azaltsa OPEC və OPEC+ üzrə ümumi hasilat sutkada 1 milyon barrel səviyyəsində azaldılacaq. Rusiyanın neft hasilatını sutkalıq 250 min barrel azaldacağı təqdirdə isə ümumi istehsal gündəlik 1,3 milyon barreldən çox azaldıla bilər.

OPEC və Rusiya başda olmaqla kartelə daxil olmayan digər neft istehsalçısı ölkələr yekun qərarı bu gün Avstriyanın paytaxtı Vyanada keçiriləcək OPEC və qeyri-OPEC nazirlərinin V görüşündə qəbul edəcək. Neft hasilatçılarının əsas məqsədi bu addımı atmaqla bazarı balanslaşdırmaq, tələb-təklif tarazlığını bərpa etmək və “qara qızıl”ın qiymətini sabitləşdirməkdir.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*