Əsas menu

Rusiya ilə Avstriya arasında cəsus qalmaqalı böyüyür 

Rusiya Xarici İşlər Nazirliyi Avstriya hakimiyyətinin sabiq avstriyalı zabitin Moskvanın xeyrinə cəsusluq etməsinə dair iddialarına etiraz edib.

Oxu.Az xəbər verir ki, rəsmi Moskva Vyananın bu cür bəyanatlarının iki ölkə arasındakı münasibətlərin pisləşməsinə gətirib çıxaracağını bəyan edib.

 Məsələ ilə əlaqədar Avstriyanın Moskvadakı səfiri Yohannes Ayqner Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Qeyd edək ki, bu gün Avstriyada Rusiyanın xeyrinə kəşfiyyat xarakterli materialların toplanmasında şübhəli bilinən sabiq polkovnik saxlanılıb. İddialara görə, həmin şəxs 20 il ərzində Rusiyanın xeyrinə cəsusluqla məşğul olub və bunun müqabilində 300 min avro alıb.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*