Əsas menu

Rusiya sərhədçiləri Ermənistanla sərhəddə “türk kəşfiyyatçısını” tutub 

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd İdarəsinin əməkdaşları Ermənistan Respublikasında Ermənistan-Türkiyə sərhədini pozmuş şəxsi saxlayıblar. Ermənistanda FTX Sərhəd İdarəsinin mətbuat xidməti xəbər verir ki, Gümrü sərhəd dəstəsi istiqamətində mühəndis-texniki vasitələri keçməyə çalışan Türkiyə vətəndaşı saxlanılıb. 

Virtualaz.org Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, yoxlama zamanı sərhəd pozucusunun üzərində mobil telefon aşkarlanıb ki, həmin telefonda dövlət sərhədində quraşdırılmış mühəndis qurğularının və sədlərinin fotoşəkilləri və videokadrları olub.

Pozucu qanunvericiliklə nəzərdə tutulmuş qaydada Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilib. Hazırda baş vermiş hadisənin təfərrüatları araşdırılır.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*