Əsas menu

Rusiyada körpünü erməni uçurub – VİDEO + YENİLƏNİB 

Rusiyanın Amur vilayətinin Svobodnıy şəhərində körpünün uçmasına səbəb kimi texniki təhlükəsizlik qaydalarının pozulması göstərilib. Hadisə zamanı körpüdən keçən yük avtomobilinin sürücüsü dindirilib və məlum olub ki, onun idarə etdiyi avtomobilin çəkisi normadan çox olub.

Yük avtomobilinin sürücüsü olan Ermənistan vətəndaşı hadisə zamanı xəsarət alan tək şəxs olub.  O, müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

09:16

Rusiyanın Amur vilayətinin Svobodnıy şəhərinin dəmiryolu stansiyasında körpü aşıb. Oxu.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, körpünün bir hissəsi relslərinin üstünə düşüb. Məlumatlara görə, hadisə yüksək tonnajlı avtomobilin körpüdən keçidi zamanı baş verib. Sürücü xəstəxanaya yerləşdirilib.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*