Əsas menu

Rusiyada tapılmış bir çanta insan əli müəmması 

Rusiya müstəntiqləri bildirirlər ki, Uzaq Şərqdəki Xabarovsk şəhərində dənizin sahilə çıxardığı bir çanta amputasiya edilmiş əl heç bir cinayətlə bağlı deyil. Bu çanta aşkar edilməzdən əvvəl, martın 6-da bir balıqçı Amur çayındakı adada kəsilib atılmış insan əli tapmışdı.

Regional İstintaq Komitəsi bildirib ki, amputasiya edilmiş 26 əlin yerli tibbi-ekspertiza laboratoriyasından olduğu müəyyən edilib. Bu laboratoriyada meyitlərin autopsiyası və identifikasiyası keçirilir. Komitənin bəyanatında deyilir ki, bu predmetlər cinayət mənşəli deyil, sadəcə olaraq qanunda nəzərdə tutulmamış şəkildə tullanıb”.

RIA Novosti agentliyi bildirir ki, sözügedən ərazidə tibb bandajları və xəstəxanalarda geyinilən ayaqqabı örtükləri də aşkar edilib. Yerli media yazır ki, bu hadisə Rusiya tibb ekspertlərinin gələcək identifikasiya və tutuşdrimalar üçün meyitlərin əllərini kəsib saxlamaq praktikasını təsdiq edir. Lakin bu halda identifikasiya üçün sadəcə olaraq barmaq izlərinin saxlanmaması təəccüb doğurur.

İngilisdilli Siberian Times qəzetində dərc edilmiş ekspert rəylərində hadisə barəsində rəsmilərin verdiyi məlumat şübhə altına alınır və bildirilir ki, laboratoriyanın kimliyini müəyyənləşdirə bilmədiyi çox sayda meyit ola bilər.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*