Əsas menu

Səfeh Paşinyandan Azərbaycan xalqına dialoq təklifi 

Ermənistan KİV Ermənistan və Dağlıq Qarabağ Təhlükəsizlik şuralarının bugünkü birgə iclasının təfərrüatları, Nikol Paşinyanın çıxışı ilə bağlı yazıların dərcini davam etdirir. Dərc edilmiş fikirlərdən başqa Paşinyan onu da bildirib ki, Ermənistan hakimiyyəti Azərbaycan ictimaiyyətinin sülhə hazırlanmasında iştirak etməlidir. 

Onun sözlərinə görə, xalqların sülhə hazırlanması danışıqlara cəlb edilmiş hökumətlərdən birinin məsələsi ola bilməz, bu, birgə işdir.

“Mən onu nəzərdə tuturam ki, məsələn, Azərbaycan ictimaiyyətinin sülhə hazırlanması təkcə Azərbaycan hakimiyyəti ilə yox, həm də Ermənistan hakimiyyətinin iştirakı ilə həyata keçirilməlidir”, – baş nazir bildirib.

Onun sözlərinə görə, məhz bunun dərk edilməsi onu 2018-ci ilin payızında Ermənistan Milli Məclisində görünməmiş bəyanatla çıxış etməyə məcbur edib və o bildirib ki, münaqişənin həlli həm də Azərbaycan xalqı üçün məqbul olmalıdır.

“Təəssüf ki, Azərbaycan prezidenti tərəfindən bunun kimi bəyanatlar görmürük. Baxmayaraq ki, mən dialoqu təkcə prezident ilə yox, həm də Azərbaycan xalqı ilə davam etdirməyə hazıram. Çünki əminəm ki, Azərbaycan xalqı da erməni xalqı, Arsax xalqı qədər sülhpərvərdir”, – Sputnik Armenia baş nazirdən sitat gətirib.

Qarabağın danışıqlar prosesində iştirakına toxunan N.Paşinyan deyib ki, “bu, Azərbaycan prezidenti İlham Əliyev və ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə müzakirələr zamanı mühüm məsələlərdən biri olub və qalır”. (Turan)

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*