Əsas menu

Sabahın hava proqnozu 

İyunun 20-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Bizimxeber”ə verilən xəbərə görə, sabah şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 27-32° isti, Bakıda gecə 19-21° isti, gündüz 29-31° isti olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin səhər və gündüz Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 31-36° isti, dağlarda gecə 9-13° isti, gündüz 18-23° isti təşkil edəcək.

Qeyd edək ki, sabah Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba çimərliklərində şimal istiqamətli külək əsəcək. Dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək.

Türkan, Hövsan, Sahil, Şıx çimərliklərində də şimal istiqamətli külək əsəcək. Dəniz suyunun temperaturu isə 22-23° isti təşkil edəcək.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*