Əsas menu

Sahibkarlığa Kömək Milli Fondu ləğv olunduğunu elan etdi 

Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu ləğv olunduğunu elan edib. Bizimxeber.az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, kreditorlar tələblərini 15 gün ərzində Bakı Şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 172 ünvanına bildirə bilərlər. 

Xatırladaq ki, prezident İlham Əliyevin Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi məqsədilə imzaladığı fərmana əsasən, Sahibkarlığa Kömək Milli Fondu ləğv edilib.

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilir.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*