Nərimanov rayon məşğulluq mərkəzinin direktoru vəzifəsi isə müvəqqəti olaraq müavini Rövşən Məmmədova həvalə olunub. Xəbəri Nərimanov rayon Məşğulluq Mərkəzindən Mia.az-a təsdiqləyiblər. Onu da nəzərə çatdıraq ki, Qurban Nəzərov sabiq Nəqliyyət naziri Ziya Məmmədovun kadrı kimi tanınır. O, uzun illər “Azərbaycan Dəmir Yolları” QSC-də yüksək vəzifələrdə çalışıb.
Nərimanov rayon məşğulluq mərkəzinin direktoru vəzifəsinə təyin olunanadək “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini olub. /Mia.az/