Əsas menu

“Samir Şərifovun sərvəti Fazil Məmmədov, Eldar Mahmudov, Ziya Məmmədovdan da çoxdur” – Hafiz Hacıyevdən İTTİHAM 

“Hökumət üzvləri Prezidentlə xalq arasında uçurum olmasını istəyirlər. Ona görə də istər büdcə məsələsində, istər digər qərarlar da narazılıq yaratmağa çalışırlar”. Bizimxeber.az xəbər veirir ki, bu fikirləri mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib. Onun sözlərinə görə, narazılıq yaradan nazirlərdən biri Samir Şərifovdur: 

“O, özünü gələcəkdə prezident kürsüsündə görür. Bunu heç kim dilinə gətirmir. Amma mən təhlükənin gözümün önünə alıb deyirəm. Mən qardaşıma sadiq olduğum üçün ona olan təhlükələr barədə qorxmadan danışıram. Bu adamların bir məqsədi var ki, narazılıq böyüsün. Samir Şərifov və digər səlahiyyətli şəxslər ölkə başçısının sərəncamından irəli gələrək şəhid ailələrinin pulunu min bir bəhanə ilə vermirlər. Şəhid ailəsinin 11 min manatını vermirlər, amma özlərinin milyardlıq sərvəti var. Məsələn, Samir Şərifovun sərvəti Fazil Məmmədovdan, Eldar Mahmodovdan, Ziya Məmmədovdan a çoxdur, lakin bu gün vəzifədədir deyə heç kimi hünəri çatıb demir”.
Büdcə müzakirələri zamanı səslənən təkilflərə müsbət cavab verilməməsinə münasibət bildirən partiya sədri deyib ki, artımla bağlı qərarın verilməməsi də narazılığın artması məqsədi daşıyır:

 

“Bunlar ölkə başçısının tələblərini yerinə yetirsələr, əhalinin sosial dujrumu yaxşılaşar, amma onlar bunu istəmirlər. Uşaqpulu ilə bağlı məsələ qaldırılır. Samir Şərifov deyir ki, bizi başqa ölkələrlə müqayisə etməyin. Bu nə yanaşmadır. Samir Şərifov unutmasın ki, bu məsələnin axırı yaxşı olmayacaq. Üzümü tutub ölkədə narazılıq yaradan hökumət üzvlərinə deyirəm ki, xəyanətkar əməllərinizdən əl çəkin. Prezidentin ayağının altını qazanların cəzası ağır olacaq. Çünki xəyanətkarlar əvvəl-axır ağır cəzalanırlar. Gün gələcək, camaat onları tapdalayacaq”.

 

Partiya sədri deputatlara da mesaj göndərib: “Millət vəkili olduğunuzu iddia edirsinizsə, xalqın sözünü deyin. Nədən çəkinirsiniz? Bundan da pis günümüz olmayacaq ki? Nə qədər bu məmurların talançılığına şahid olacaqsızın? Biz heç zaman bununla barışmayacağıq. Xəyanətkar məmurlarla sona qədər mübarizə aparacağıq”.

 

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*