Əsas menu

“Sarı jiletlər”dən “yüksək təhlükəli vəziyyət” 

Fransada “sarı jiletlər” etiraz aksiyasının 19-cu aktı başlayıb. Bu akt zamanı hökumət tərəfindən ordunun səfərbər edilməsi ölkədə böyük narahatlıq yaradıb və təhlükə riskinin yüksək olduğu bildirilir. 18-ci akt zamanı Parisdə Yelisey çölləri prospektində baş vermiş dağıntı və zorakılıq aktlarından sonra hökumət bir çox şəhərlərdə mərkəzi prospektlərdə nümayiş etməyi qadağan edib.

Aksiyaçılara Parisdə Ulduz meydanı, Yelisey çölləri prospektində və Konkord meydanında, Nis şəhərində Qaribaldi meydanında, Bordoda Pey-Berland meydanında, Tuluzda Kapitol meydanında nümayişə çıxmaq qadağan edilib.

Yelisey çölləri prospektinə səhər saatlarından çox sayda polis və jandarm qüvvələri toplanıb. “Sarı jiletlər” Trokadero meydanına toplaşıblar. Meydana səfərbər edilmiş polis aksiyaçıları hər an yoxlayır.

Ötən həftə baş vermiş hadisələrdən sonra hökumət çıxışları sərtləşdirib, nümayiş etməyi qadağan edib və orduya müraciət ünvanlayıb. Ordunun nümayişə cəlb edilməsi ölkədə böyük polemika yaradıb və narazılıq doğurub. Bəzi siyasətçilər ordunu nümayişçilərə atəş açmamağa çağırıblar. “Yenilməz Fransa” siyasi partiyasının rəhbəri Lük Mölanşon Baş nazirə məktub göndərərək narahatlığını bildirib və ordunun səfərbər edilməsi ilə bağlı qərarı Milli Assambleyada izah etməyə çağırıb.

Ancaq “sarı jiletlər” etiraz nümayişlərini davam etdirəcəklərini bildiriblər. Hökumət nümayişçilərə statik nümayiş keçirməyi bildirsə də, etiraz aksiyaçıları 19-cu aktı Parisin 14-cu rayonunda Danfert-Roşöro meydanından başlayaraq 18-ci rayonda yerləşən Sakre-Kör kilsəsinin qarşısına gedəcəklərini bildiriblər.

“Sarı jiletlər” etiraz aksiyasının bəzi üzvləri Nis şəhərini 19-cu aktın episentri olmasını istədiklərini bildiriblər. Bu şəhər rəsmilərinin narahatlığına səbəb olub və mer Kristian Estrosi Baş nazir E. Filip və daxili işlər naziri K. Kastanerə müraciət edərək Nis şəhərində bütün toplanmaları qadağan etməyə çağırıb.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*