Onun sözlərinə görə, qadağa 6 ay müddətində qüvvədə olacaq.
***12.10
Fransa hökuməti yanacaq vergisinə tətbiq edilən qiymət artımını təxirə salacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə baş nazir Eduard Filipin açıqlama ilə çıxış etməsi gözlənilir.
O, bu qərarı parlamentdə təmsil olunan siyasi partiyaların deputatları ilə görüşdə açıqlayacaq.
Qeyd edək ki, 17 noyabrdan bəri davam edən aksiyalarda 2 nəfər ölüb, yüzlərlə insan yaralanıb. Özlərini “Sarı jiletlilər” adlandıran nümayişçilər vergi artımına etiraz edir və iqtisadi islahatlar tələb edir.