“Bizimxeber” unikal.org-a istinadən xəbər verir ki, final gecəsinə şounun iştirakçıları arasında olan ATV kanalının 4 aparıcısı İlhamə Bədəlova, Mətanət Əliverdiyeva, Aytən Səfərova, Günel Hümbətova qatılmayıb.
Aparıcı İlhamə Bədəlova, Aytən Səfərova, Günel Hümbətova iştirakçılara etiraz əlaməti olaraq “Maşın” realiti şouya qatılmadıqları məlum olub.
Amma “Maşın” realiti şounun ümumi saxtakarlıqda ittiham edən aparıcı Mətanət Əliverdiyeva bu dəfə layihənin rəhbəri Murad Dadaşov tərəfindən final gecəsinə dəvət edilmədiyi barədə məlumatlar dolaşır.
Mətanət Əliverdiyeva ATV kanalında aparıcı Yusifin təqdimatı ilə yayımlanan “10-dan sonra” verilişində “Maşın” şouyla bağlı gözlənilməz açıqlama verib.
O bildirib ki, “Maşın” şou saxta bir oyundur: “”Orada göndərilən SMS-lərin düzgün hesablanmamasının şahidi oldum. Bilirsiniz ki, mən açıq danışan olmuşam”.
Mətanətin verilişdə səsləndirdiyi ifadələr dərhal ATV kanalının rəsmi sayıtında yerləşdirildi. Amma üzərindən bir gün keçdikdən sonra verilişin görüntüləri ATV.az sayıtının rəsmi YouTube səhfəsindən yığışdırılıb.
Xatırladaq ki, M.Əliverdiyeva “Maşın” şouda az səs toplayaraq maşının ətrafından kənarlaşıb.