Əsas menu

Serj Sarkisyan geri çəkildi 

Ermənistan Respublikaçılar Partiyası (ERP) Nikol Paşinyanın istefasından sonra baş nazir vəzifəsinə öz namizədini irəli sürməyəcək.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, məlumatı ERP yayıb. Partiya bu addımı dekabrda keçiriləcək növbədənkənar parlament seçkisinə mane olmamaq üçün atdığını bildirib.

Qeyd edək ki, bundan öncə Nikol Paşinyan “Çiçəklənən Ermənistan” Partiyası ilə razılıq əldə edib. Razılığa əsasən, parlamentdə böyüklüyünə görə ikinci fraksiya olan Qaqik Tsarukyanın partiyası Paşinyanın istefasından sonra baş nazir vəzifəsinə namizəd irəli sürməyəcəyini, eləcə də başqa namizədi dəstəkləməyəcəyini öhdəsinə götürüb. Həmçinin vəd edib ki, “Tsarukyan” fraksiyası parlamentdə başqa partiyadan namizədin irəli sürülməsi üzrə təşəbbüslərə qatılmayacaq.

Sonradan daşnaklar da dolayısı yolla Paşinyanı dəstəklədiklərini bildiriblər.

Daha bir maqraqlı məqam isə odur ki, dünən Respublikaçılar fraksiyasından olan bir sıra deputatlar da Paşinyanın yanında olduqlarını bəyan etdilər.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*