Əsas menu

Siqaretlə bağlı cərimə bu gündən qüvvədədir – 50 manat 

Tütündən istifadə ilə bağlı bəzi yeni cərimələr bu gündən rəsmi hüquqi qüvvə alıb. Bu barədə məlumatı ekspert Ərşad Hüseynov yayıb. O bildirib ki, bu gündən etibarən taksidə siqaret çəkməyə görə 40-50 manat məbləğində cərimənin tətbiqi barəda qanun (İXM-in 322-ci maddəsinə düzəliş) rəsmi hüquqi qüvvə alıb:

“İstər hərəkət vaxtı, istərsə də dayanmış vəziyyətdə taksidə sürücü və ya sərnişin siqaret çəkərsə, bu məbləğdə cərimə oluna bilər”

Ekspert onu da qeyd edib ki, cərimələr tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə də tətbiq olunacaq: “Bu gündən rəsmi hüquqi qüvvə alan qanuna (İXM-in 212-ci maddəsinə edilən əlavələr) əsasən, siqaret kötüyünü hara gəldi atanlar 50 manat cərimə olunacaq.

Bu normanı hərfi mənasında təfsir etsək, belə çıxır ki, xüsusilə siqaret kötüyünü zibil qutuları və belə tullantıların məhvi və ya atılması üçün xüsusi yerlər istisna olmaqla, istənilən başqa yerdə atan şəxs cərimələnə bilər”.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*