Əsas menu

Siyasi partiyalara üç milyon manat ayrılacaq – RƏSMİ 

Əhalinin siyahıya alınması üçün dövlət büdcəsindən 23 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bunu parlament komitələrinin büdcə müzakirələrində maliyyə nazirinin birinci müavini İlqar Fətizadə bildirib.

O qeyd edib ki, siyasi partiyaların maliyyələşdirilməsinə 2019-cu ilin dövlət büdcəsindən 3 milyon manat vəsait ayrılacaq.

Onun sözlərinə görə, xaricdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin saxlanılması üçün dörd milyon manat vəsaitin, Bilik Fonduna isə bir milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*