“Bakı Şəhər Təhsil İdarəsi tərəfindən müvafiq orqanlara şagirdlərin və tədbirin keçirilməsinə aidiyyəti olan şəxslərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müraciət edilib. Builki “Son zəng” tədbirləri də yüksək səviyyədə keçiriləcək”, – o qeyd edib.
Məhəbbət Vəliyeva bildirib ki, bu il Bakı məktəblərini 26 min nəfərdən çox XI sinif şagirdi bitirəcək:
“27 min nəfərdən çox isə IX sinif şagirdləri orta təhsillərini tamamlayır. İyunun 21-də Bakıda həm IX, həm də XI siniflərdə buraxılış imtahanları keçiriləcək”.