Bunu açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli son zamanlar bir sıra qanunlara, o cümlədən, Vergilər Məcəlləsinə edilən köklü dəyişikliklərin icrası zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin sistemində ixtisarların yaşana biləcəyi ilə bağlı cəmiyyətin müvafiq kəsimində yaranan narahatlıqlara münasibətini bildirərkən deyib.
O qeyd edib ki, əksinə, hazırda adıçəkilən qurumda “DOST” Mərkəzləri və digər srtukturlar, xidmətlər yaranır.
“Həmin strukturlarda da mütəxəssislərdən istifadə olunacaq. Düzdür, sığortanın yığım məsələsi Vergilər Nazirliyinə verilir, amma bu, o demək deyil ki, həmin nazirlik sistemində ixtisarlar olacaq. Heç kim narahat olmasın, ixtisar məsələsi gündəmdə yoxdur”, – deyə komitə sədri sözlərinə əlavə edib.