Əsas menu

Sumqayıtda xəstəxana təmirinə beş milyon manat ayrıldı 

Prezident İlham Əliyev 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama  əsasən, 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi məqsədilə  Səhiyyə Nazirliyinə ilkin olaraq beş milyon manat ayrılacaq.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*