Əsas menu

“Suriyaya hücumdan məmnunuq” – Türkiyə XİN 

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın Suriyanı vurmasına reaksiya verib. XİN raket hücumunu “məmuniyyətlə qarşıladıqlarını” açıqlayıb:

“Türkiyə aprelin 7-si Dumada çox sayda mülki vətəndaşın ölümünə yol açan kimyəvi silah hücumuna qarşılıq ABŞ, İngiltərə və Fransanın bu səhər Suriya rejiminə qarşı keçirdiyi əməliyyatı doğru addım hesab edir.

Rejim tərəfindən həyata keçirildiyinə dair güclü şübhələrimizin olduğu Duma hücumu qarşısında bütün insanlığın vicdanının səsi olan bu əməliyyatı məmuniyyətlə qarşılayırıq”.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*