***
15.40Badamdar sürüşmə zonasındakı çatlarda genişlənmə qeydə alınıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahın məlumatında deyilir.”Saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmənin yuxarı hissəsində kəsilmiş yamacda uçqun-töküntu prosesi və quruntun yerdəyişməsi müşahidə edilir.  Sürüşmənin sağ və sol hissəsindəki mövcud çatlarda səhər saatları ilə müqayisədə genişlənmə qeydə alınıb”, – deyə məlumatda qeyd olunub.

***
12.35
Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahın məlumatında deyilir.
“Sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmənin qaş hissəsində kəsilmiş yamacda asılı vəziyyətdə qalan süxur kütləsinin yamac boyu hərəkəti müşahidə edilir. Sürüşmənin qaş hissəsində kəsilmiş yamacda yeraltı suların əlamətləri qeydə alınıb.

Bu da sürüşmənin aktivliyinin göstəricisidir. Sürüşmənin sağ və sol hissəsindəki mövcud çatlarda qismən genişlənmə müşahidə olunub. Sürüşmənin təsir dairəsində divarlarda quraşdırılmış  mayaklarda dinamik dəyisiklik qeydə alınmayıb”, – deyə məlumatda qeyd olunub.

***11.00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargah Badamdar qəsəbəsində sürüşmə sahəsindəki son vəziyyətlə bağlı məlumat yayıb. Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır: “Sürüşmə zonasının sağ və sol hissəsindəki çatlarda genişlənmə müşahidə edilib”.