Əsas menu

Tacikistanda plov festivalı keçirilib 

Tacikistanın Xocənd şəhərində ənənəvi plov festivalı keçirilib. Bizimxeber.az  xəbər verir ki, festivalda Tacikistanın müxtəlif regionlarını təmsil edən aşpazlar 30 böyük qazanda tacik plovu hazırlayıblar.

Tacikistan Prezidenti Emomali Rəhmonun da qatıldığı yemək bayramına Xocənd şəhəri və ətraf rayonlardan da gəliblər. Tədbirdə yemək üzrə müsabiqə keçirilib, Prezidentin təklifi ilə plovu ən səliqəli və mədəni yeyən şəxs qalib elan olunub. Əvvəlki qaydalara görə daha çox plov yeyən şəxs qalib olurdu.

Xatırladırıq ki, tacik və özbək plovu UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*