Əsas menu

Taksim meydanında atışma: ölən və yaralananlar var 

Martın 9-da axşam saatlarında İstanbulun Taksim meydanında 2 dəstə arasında silahlı toqquşma baş verib. “Bizimxeber” yerli KİV-ə istinadən bildirir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, 4 nəfər yaralanıb.

Hüquq mühafizə orqanları silahlı insidentin otel və restoran sahibləri arasında pulla bağlı düşən mübahisə zəminində baş verdiyini bildirirlər.

İnsidentdən sonra 3 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Agentliyin məlumatına görə, atəş səsləri İstanbulun mərkəzi meydanda sakinləri və xarici turistləri təşvişə salıb. Yaralılar taksilərdə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

İnsidentdən sonra əraziyə əlavə polis qüvvələri və zirehli texnika göndərilib. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Silahlı toqquşmanın təfərrüatları araşdırılır.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*