Əsas menu

Taleh Bağırzadənin həyat yoldaşı telefonla bağlı insidentə aydınlıq gətirib 

“Müsəlman Birliyi”nin lideri, həbsdə olan Taleh Bağırzadənin həyat yoldaşı Qobustan həbsxanasında ərinə baş çəkərkən onun əşyalarının arasında mobil telefon aşkarlanması barədə Penitensiar Xidmətin məlumatına aydınlıq gətirib. 
Onun sözlərinə görə, telefon qaynatasına məxsusdur. Azyaşlı oğlu telefonla oynayarkən oyuncaqları ilə birlikdə onu da götürüb.”Martın 21-də Telehlə uzunmüddətli ailə görüşü zamanı 3 yaşlı oğlumuzun oyuncaq çantasında “Samsung Grant” markalı mobil telefon aşkarlandı. Mən telefonun bizim olduğunu dedim. Bildirdik ki, telefon bizimdir, onu bilərəkdən gətirməmişik, sadəcə, uşaq bilmədən oyuncaqları olan çantaya qoyub. Telefon uşağın babasına məxsusdur”, – Lalə İsmayılzadə Turan agentliyinə bildirib.
Ondan ifadə alıblar və telefonun aşkarlanması protokollaşdırılıb. “Biz bunun belə ajiotaj yaradacağından təəccübləndik”, – o qeyd edib. L.İsmayılzadə deyib ki, Penitensiar Xidmət araşdırma aparır, nəticələr ona məlum deyil.

“Hər nə olursa, olsun, bunun ətrafında ajiotaj yaratmağın, KİV və televiziyada informasiya yaymağın yeri yox idi”, – L.İsmayılzadə vurğulayıb. Onun sözlərinə görə, həbsxana əməkdaşları həmin nömrəyə telefon edərək əmin oldular ki, nömrə aktiv deyil. “Uşaq ondan cizgi filmlərinə baxmaq üçün istifadə edir”, – o dəqiqləşdirib.

Xatırladaq ki, Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən xüsusi əməliyyat zamanı həbs olunub və 20 il azadlıqdan məhrum edilib. Hüquq-müdafiə təşkilatları onu vicdan məhbusu kimi tanıyıblar.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*