Əsas menu

İtaliya millisinin rəsmi geyimini “Armani” şirkəti hazırladı 

“Giorgio Armani” şirkəti İtaliya Futbol Federasiyası (FİGC) ilə bazar ertəsi yenilənmiş dördillik müqaviləyə əsasən millinin kişilərdən və qadınlardan ibarət futbol yığmasının rəsmi geyim formasını təqdim edib.

İtaliyanın “tg24.sky.it” saytı xəbər verir ki, rəsmi geyim dəstinə kostyum, köynək, palto və günəşdən qoruyan eynək daxildir.

Xatırladaq ki, İtaliya millisinin 21 yaşadək futbolçulardan ibarət yığmasının rəsmi geyiminin dizaynını verən yerli geyim şirkəti 2012 və 2016-cı illərdə keçirilən Yay Olimpiya Oyunları üçün də İtaliya komandasının formasını hazırlayıb.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*