Əsas menu

Tiflisdə aksiyalar yenidən başlayır: Rustaveli bağlanır 

Tiflisdə etirazçılar “Məni öldürmə” şüarı ilə Şota Rustaveli prospektində yeni aksiyaya hazırlaşırlar.

“Bizimxeber” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb. Hazırda parlament binası qarşısında etirazçıların toplandığı bildirilir. Öldürülən yeniyetmənin atası Zaza Saralidze aksiyanın saat iki üçün planlaşdırıldığını və etirazçıların Daxili İşlər naziri Georgi Qaxariya və Ədliyyə naziri Tei Tsulukianini istefaya getməyə səsləyəcəyini deyib.

Rustaveli prospektində yolun ortasında artıq 3 çadır da quraşdırılıb. Etirazçılar bunun maşınların hərəkətinə qismən maneə yaradıblar.

Qeyd edək ki, Gürcüstanda etiraz aksiyaları mayın 31-dən başlayıb. Aksiyalar nəticəsində ölkənin Baş prokuroru İrakli Şotadze istefaya gedib.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*