Əsas menu

Toyuq əti də ərəblərə göndərilir 

Azərbaycandan xaricə quş əti ixrac olunacaq. Gələn il Azərbaycan ərəb ölkələrinə quşçuluq məhsullarının ixracını artıra bilər. Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev deyib. 

O, gələcəkdə toyuq məhsullarının ixracat həcmi və coğrafiyasının genişlənə biləcəyini də istisna etməyib. Maraqlıdır, Azərbaycan hazırda ət və ət məhsulları, o cümlədən toyuq ətiylə bağlı daxili tələbatı tam ödəyirmi ki, quş ətinin ixracına başlayacaq? 

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Nicat Nəsirli Cebhe.info-ya açıqlamasında deyib ki, fəaliyyət ilk növbədə daxili təlabatı təmin etməyə yönəldilməlidir:

“Ölkəmizdə ixrac potensialı olan məhsullardan biri də quşçuluq məhsullarıdır. Son illər dövlət dəstəyi ilə yeni müəssisələr fəaliyyətə başlayıb, əsaslı islahatlar həyata keçirilib. Nəticədə yumurta ilə özünü təminetmə səviyyəsi 100,5 faizə, quş əti ilə özünü təminetmə 79 faizə yüksəlib. Hazırda 104 min ton quş əti istehsal olunur, amma əhalinin təlabatı 131 min ton civarındadır. İldə 21 min ton quş əti idxal olunur. Buna 30 milyon 140 min dollar vəsait xərclənib. Əvəzində ötən il cəmi 43 min dollarlıq 235 ton quş əti ixrac olunub. Rəqəmlər deməyə əsas verir ki, ilk növbəbə daxili təlabatı təmin etməyə yönəlməliyik. Amma il ərzində iri quşçuluq müəssisələrimiz xarici ölkələrə məhsul satması təqdirəlayiq haldır. Yumurta ixracı daha perspektivli görünür. Ötən il 9 milyon 232 min ədəd yumurta ixrac olunub, nəticədə sahibkarlarımız 497 min dollar gəlir əldə ediblər. Əgər yerli sahiblkarlarımız quşçuluq sahəsində damazlıq potensialını daha da gücləndirə bilsələr, bu sahənin ixrac potensialı daha da arta bilər”. 

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*