Əsas menu

Tramp Senatda qalibdir, lakin… – Qadın rəqibləri artdı, dollar ucuzlaşdı 

ABŞ-da ötən gün keçirilən aralıq seçkilərində prezident Donald Trampın təmsil olunduğu Respublikaçılar partiyası Senatda səs çoxluğu əldə edib. Respublikaçılar senatda 100 yerdən 51, demokratlar isə 41-ni  əldə edə biliblər. 

Eyni zamanda, Nümayəndələr Palatasında da demokratlar önə çıxıblar. ABŞ konqresinə keçirilən aralıq seçkilərinin ilkin nəticəsinə görə, demokratlar səkkiz il sonra ilk dəfə olaraq Nümayəndələr Palatasında nəzarəti ələ keçirə biliblər.

Onların qələbəsi prezident Donald Trampın qanunvericiliklə bağlı təşəbbüslərinə mane olmaq haqqı qazandıracaq. Belə ki, demokratlar mümkün 435 yerdən 201-ni əldə edə biliblər. Mütləq çoxluq üçün onlara cəmi 17 yer lazımdır. Respublikaçılar isə 186 yerlə kifayətlənməli olublar.

Bu dəfəki seçkilərdə Nümayəndələr Palatasına rekord sayda qadın seçilib. Belə ki, ilkin nəticəyə görə, hazırda konqresdə 435 kreslodan 84-nü qadınlar tutub. Hesablama tam başa çatdıqda onların sayının artacağı istisna edilmir. Nümayəndələr Palatasına seçkilərdə yaşanan digər “ilk” isə 2 müsəlman qadının seçilməsi olub.

Bundan başqa, ilk dəfə olaraq, afroamerikalı qadın Massaçusetsdən konqresə düşə bilib və Kanzası ilk dəfə olaraq LQBT hərəkatının nümayəndəsi olan qadın təmsil edəcək. Nümayəndələr Palatasında səs itirməsinə baxmayaraq, senatda önə çıxan prezident Donald Tramp ilkin nəticələri “möhtəşəm uğur” adlandırıb.

ABŞ-da keçirilən seçkilər fonunda dollar inkişaf etmiş və etməkdə olan ölkələrin əsas valyutalarına nisbətdə ucuzlaşıb.



Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*