Əsas menu

Trampdan müharibə etirafı: “Əgər prezident seçilməsəydim…” 

Baxın, raketlər yoxdur, heç bir şey yoxdur, olduqca yaxşı irəliləyirik” 
“Əgər prezident seçilməsəydim, Şimali Koreya ilə Asiyada böyük bir müharibənin içərisində olardıq”. Bunu ABŞ prezidenti Donald Tramp “Birləşmiş Ştatlar və Şimali Koreya arasında görüşlərin dalana dirənməsi” haqqında sualı cavablandırarkən deyib.

“Baxın, raketlər yoxdur, heç bir şey yoxdur, olduqca yaxşı irəliləyirik” – deyə Tramp bildirib. O, hazırda Şimali Koreya lideri Kim Çen Inla ikinci zirvə görüşü üçün yerlərin nəzərdən keçirildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında cari il avqustun 12-sində Sinqapurda görüş olub. 38 dəqiqəlik görüşün ardından hər iki lider nahara çıxıb. Onlar ABŞ və Şimali Koreya bayraqları önünə salınan qırmızı xalça üzərində bir-birilərinə sarı yeriyib, bir-birilərinə əl veriblər.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*