Əsas menu

Türkiyə prezidenti Menbiçə ordu yeridəcək 

“Terrorçu PKK/YPG-PYD qruplaşması Suriyanın Menbiç bölgəsinin tərk etməsə, Türkiyə Silahlı Qüvvələri ora girəcək”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşəkilatının ali məhkəmə hakimlərinin konfransında bildirib.

“Ötən gün axşam İraqda əməliyyat keçirdik. Sincar və Mahmurun ətəkləri Qaracarda atılan addımlara qarşı əməliyyat arapdıq.

Dayandıqmı?! Yox, bunun ardı olacaq. Çünki orada ölkəmiz təhdid edilir. Bu təhdidin cavabı dərhal veriləcək. Ya bu terror qruplaşmalarını məhv edəcəklər, ya da onlar bunu etmirlərsə, biz həmin terrorçuları yox edəcəyik.

Sərhədlərimizə toplanan terrorçular gec-tez bizi hədəfə alacaq. Bu artıq təsdiqlənib. Suriyanın şimalında ABŞ-ın məlum olan 22 hərbi bazası var. Ora silah, hərbi maşın və texnika göndərilir. PKK/YPG-PYD onların yanına gedir.

Menbiç nağılı ilə bizim diqqətimizi yayındırmaq istəyirlər. Menbiçin əhalisinin 85-90 faizi ərəblərdən ibarətdir. Ancaq ora tamamilə terrorçulara verilib. Oranı boşaldacağıq dedilər. Ancaq etmədilər. Açıq danışıram. Türkiyə Fəratın şərqində terror bataqlığına müdaxilə məsələsində yetərincə vaxt itirib. Bundan sonra bir gün belə gecikməyə dözümümüz qalmayıb.

Biz Suriyada atdığımız addımlarla sadəcə öz ölkəmizin təhlükəsizliyini təmin etmirik. Heç bir məzhəb fanatikliyi bu həqiqəti ört-basdr edə bilməz”, – Türkiyə lideri vurğulayıb.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*