Əsas menu

“Türkiyə “S-400″-dən imtina etməyəcək” 

Türkiyə S-400-dən imtina şərtinə də qəti olaraq qarşı çıxır 
Türkiyə Birləşmiş Ştatların “Patriot” zenit-raket kompleksləri ilə bağlı təklifini nəzərdən keçirməyə hazırdır. Sputnik Azərbaycan bunu “Milliyet“-ə istinadən xəbər verir.
“Türkiyə gələcəkdə “Patriot” sistemlərini ala bilər. Lakin biz hesab edirik ki, bu “S-400″ zenit-raket kompleksləri imtina qarşılığında olamamlıdır”, – deyə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu vurğulayıb.

Çavuşoğlu, həmçinin bildirib ki, prezident Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə ikili və Astana formatında üçlü zirvə görüşü planlalaşdırılır.

ABŞ Dövlət Departamenti 3.5 milyard dollar dəyərində olan “Patriot” sistemlərinin Türkiyəyə satışına 2018-ci il dekabrın 19-da razılıq verib. Ancaq Türkiyəyə təqdim olunan son təklifdə bir dəyişiklik olmayıb. ABŞ-ın son təklifində S-400-dən imtina ilə bağlı ilkin şərt yer almasa da, bu problem hələ də həll edilməyib.

Ankara, “Patriot” təklifinə hərtərəfli qiymətləndirmədən sonra cavab verəcək. ABŞ qiymətdə güzəştə getsə belə, bu, hər bir halda S-400-dən daha baha başa gələcək. Türkiyə həmçinin, S-400-dən imtina şərtinə də qəti olaraq qarşı çıxır.

Türkiyənin 2013-ci ildə elan etdiyi tenderdə Vaşinqton “Patriot” üçün 4.5 milyard dollarlıq təklif ilə gəlmiş, tenderdə 3-cu sırada yer almışdı. İlk yerdə isə Çin olmuş və 3.4 milyard dollarlıq təklif irəli sürmüşdü. İkinci yerdə isə Fransa-İtaliyanın birgə təklifi olmuşdu.

Vaşinqton, Ankaranın Pekindən müdafiə sistemlərini almasını əngəlləmək üçün ciddi addımlar atmış, Türkiyənin havadan müdafiəsini təmin etməyə dair hər hansı bir alternativ də irəli sürməmişdi. “Patriot” ilə bağlı son təklifə baxdıqda ABŞ-ın 2013-cü ildəki davranışını eynən davam etdirdiyi görünür. Türkiyə isə az qala ABŞ-ın təklifinin üçdə biri nisbətində vəsaitlə Rusiyadan S-400 alır.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*