Əsas menu

Türkiyədə 103 hərbçi ilə bağlı mühüm qərar – Artıq 74-ü saxlanıldı 

İstanbul Cümhuriyyət Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin FETÖ-nün Türkiyə Silahlı Qüvvələrində xidmət edən hərbçilərlə əlaqəsi istiqamətində aparılan araşdırmalar davam etdirilir.

“Qafqazinfo” “Hurriyet”ə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində təşkilatla əlaqədə şübhəli bilinən 2 polkovnik, 2 podpolkovnik, 6 mayor, 14 kapitan, 21 baş leytenant, 7 leytenant, 47 starşina və 4 serjant olmaqla ümumilikdə 103 hərbçi barədə saxlanılmaq qərarı verilib.

32 vilayətdə aparılan əməliyyat zamanı indiyə qədər artıq 74 şübhəli saxlanılıb.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*