Əsas menu

Türkiyədə batan gəmidə 1 azərbaycanlı ölüb, digəri… 

Azərbaycanın Türkiyədəki səfirliyi Samsun vilayəti sahillərində batan yük gəmisində iki nəfər azərbaycanlının olması məlumatını təsdiqləyib. Qəza nəticəsində bir nəfər azərbaycanlı həlak olub, digər həmyerlimizin axtarışı üzrə xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, bu gün Türkiyənin Samsun vilayəti sahillərində Panama bayrağı altında üzən gəmi batıb. Son rəqəmlərə görə, 7 ekipaj üzvü xilas edilib, 6 nəfər isə ölüb.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*