Əsas menu

Türkiyəli məşhurlar Bakıda: “Böyük məbləğdə pul uddular, ailələri dağıldı” – Fotolar 

Türkiyənin məşhur müğənnisi Murat Boz ilə aktrisa Seda Bakan Bakıya gəlib. Musavat.com xəbər verir ki, onlar baş rolunu canlandırdıqları “Öldür beni sevgilim” filminin qala gecəsi üçün ölkəmizə təşrif buyurublar. Məşhurlar qala gecəsindən öncə mətbuat konfransına qatılaraq jurnalistlərin suallarına cavab veriblər.

“Artıq neçənci dəfədir ki, Bakıya gəlirəm. Azərbaycanda olmaqdan məmnunam. Çəkilişlər maraqlı keçdi. Lotoreyadan 5 milyon qazanan evli cütlüyü canlandırmışıq. Əyləncəli, gülməli və sevgi dolu eşq filmidir”-, deyə M. Boz bildirib.

İlk dəfə Azərbaycana gələn S. Bakan deyib ki, ölkəmizi çox sevir:

“Azərbaycanı çox sevirəm, bura da bizim məmləkətimizdir. Çəkilişlər Murat Bozla çox gözəl keçdi. Həm birlikdə əyləndik, həm də çox şey öyrəndik. 5 milyon qazanan cütlüyü canlandırdıq, pulun insan həyatına təsirini göstərdik. Türkiyədə lotoreya qazananların heç biri xoşbəxt olmadı, ya ailələri dağıldı, ya əllərində olan pulu da itirdilər. Pul sevgini öldürə bilməz”.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*