Modern.az Eldar Sabiroğlunun vəziyyəti ilə bağlı məlumat almağa çalışıb.  Eldar Sabiroğlunun oğlu Rüfət Səfərovun vəkili, ailə dostu Bəhruz Bayramov deyib ki, Eldar Sabiroğlu Türkiyədə xəstəxanaya yerləşdirilib, müayinə olunur:
“Əməliyat olunmalıdır. Həyat yoldaşı Tahirə xanım onunla birlikdədir. Tez-tez əlaqə saxlayırıq. İnşallah, tez bir zamanda sağlığına qovuşub vətənə dönəcək”.