Əsas menu

“Türkiyəyə minnətdarıq” 

“Türkiyənin əhəməyyətini başa düşmək üçün xəritəyə baxmaq lazımdır”. “Report” Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

O vurğulayıb ki, alyansın sərhədləri yaxınlığında münaqişə və zorakılıq ocaqları var: “Türkiyənin əhəmiyyətini anlamaq üçün NATO-ya üzv dövlətlərə təhlükə yaradan zorakılığın yaşandığı İraq və Suriyaya qonşu olan strateji ərazidə yerləşdiyini görmək kifayətdir”.

Baş katib terrorçu İŞİD qruplaşmasının məğlub olunmasında oynadığı mühüm rola görə Türkiyəyə minnətdarlıq edib: “Türkiyə ən çox terrordan zərər görən NATO üzvüdür. Təbii ki onun özünü müdafiə haqqı var. Ancaq bu mütənasib şəkildə aparılmalıdır”.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*