Əsas menu

Türkmənbaşı ralliyə hazırlaşır – VİDEO 

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov “Amul-Xəzər” rallisinə hazırlıqlar çərçivəsində səhrada təlim keçib. Bununla bağlı “Xronika Türkmənistan” məlumat yayıb. 

Məlumata görə, məşqlər Qaraqum səhrasında keçirilib. Berdıməhəmmədovun sürdüyü avtomobil prezidentin özü tərəfindən layihələndirilib və yığılıb. “İndi idman avtomobili bütün beynəlxalq tələblərə cavab verir”, – qeyd edilib.

Məşq zamanı avtomobil qumda batsa da, türkmənbaşı bunun öhdəsindən asanlıqla gəlib. “Amur-Xəzər” beynəlxalq rallisi sentyabrın 9-dan 14-dək Türkmənistanda keçiriləcək.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*