Əsas menu

Türkmənistanda şəkil çəkmək də qadağan edildi 

Türkmənistanda manatın getdikcə ucuzlaşması, dolların bahalaşaraq 30 manata satılması və qiymət artımının müzakirə mövzusu olduğu bu günlərdə daha bir qadağa başlayıb.  Bizimxeber.az bildirir ki, ictimai yerlərdə şəkil və ya video çəkən şəxslər nəzarətə götürülür. Təhlükəsizlik orqanlarının əməkdaşları mobil telefonla şəkil çəkən şəxsləri saxlayır və onları ölkə əleyhinə material hazırlamaqda ittiham edirlər.

Daşoğuz və Türkmənabad bazarlarında artıq bir neçə nəfərin saxlanmasına dair xəbər var.  Daşoğuzda saxlanılan şəxs meyvə piştaxtalarının şəklini çəkirmiş. Onu təhükəzilk xidməti əməkdaşları maşına qoyaraq naməlum istiqamətə aparıblar. Bu bölgədə “Gök” bazarın qarşısında vəziyyətə nəzarət edən şəxslər telefonda çəkiliş aparanları saxlayır. Türkmənabad da daxil olmaqla şəhərlərdə təhlükəsizlik tədbirləri gücləndirilib, pasportlar yoxlanılır, şagirdlərdən ibarət “canlı dəhliz” yaradılır.

Xatırladaq ki, son günlər Türkmənistanda “qara bazar”da dolların məzənnəsi kəskin artıb. Bu isə bahalaşmaya səbəb olub. /Cebhe.info/

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*